"Tottenhem"in hücumçusu Son Hın Min "Los-Anceles"ə keçməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə "Sun" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 32 yaşlı koreyalı başqa təkliflərə açıqdır və London klubunu tərk edə bilər.
Qeyd edək ki, Son Hın Min ötən mövsüm 46 oyun keçirib, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun "Tottenhem"lə müqaviləsi 2026-cı ilin yayında başa çatır.