Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə mətbuatının gündəmindədir.

Sport24.az xəbər verir ki, Türkiyə mediası 25 yaşlı forvardın “Konyaspor”a transferinə geniş yer ayırıb. “Yeni haber” qəzetinin “Konyaspor”un Emrelidən gözləntisi var” yazısında azərbaycanlı futbolçunun gələcək perspektivləri araşdırılıb:

“Konyaspor”un Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü futbolçu klubun ən çox ümid bəslədiyi oyunçuların başında gəlir. “Yaşıl-ağlar” çempionata Muhammed Demir ilə başlasa da, hücumçunun formadan düşməsi və zədə almasından sonra üstünlük Mame Diufa verildi. Diufun yaşı çox olsa da (35), o, 7 qol və 2 məhsuldar ötürmə ilə təkbaşına komandanı ayaqda saxladı. Diuf 4 oyun qol vura bilməyəndə, “Konyaspor” xala həsrət qaldı. Hücum xəttinə gələn Mahir Emreli qol və ötürmə üçün meydana çıxacaq”.

Mahir bir neçə gün əvvəl Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib.