"Real" rəhbərliyi komandanın sükanını Yurgen Kloppa tapşırmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

"Kral klubu"nun rəsmiləri artıq iki dəfə alman mütəxəssislə əlaqə saxlayıb. Klopp indiki məqamda məşqçiliyə qayıtmağı düşünmür.

 

Mütəxəssisin 2015-2024-cü illərdə "Liverpul"a rəhbərlik edib. O, 2025-ci ilin yanvarından məşqçi karyerasına fasilə verib.

 

"Real"a hazırda Karlo Ançelotti rəhbərlik edir. İtaliyalı mütəxəssisin mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.