Bolqarıstan çempionatında 2024-2025 mövsümünün qalibi bəlli olub. Sport24.az xəbər verir ki, "Ludoqorets" sona 5 tur qalmış çempionluğunu rəsmləşdirib.

 

Komanda 31-ci turda "Çerno More"yə 2:0 heasabı ilə qalib gələrək rəqbləri üçün əlçatmaz olub.

 

"Ludoqorets" ardıcıl 14-cü dəfə çempionluğunu qazanıb. Uğurlu seriya 2011/12 mövsümündən davam edir.

 

Qeyd edək ki, çempionluqların sayına görə "Ludoqorets" Bolqarıstanda yalnız SSKA (31) və "Levski"dən (26) geri qalır.