"Əl-Hilal" klubu "Napoli"nin icarə əsasında "Qalatasaray"da çıxış edən hücumçusu Viktor Osimhenin transferi üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi artıq İtaliya klubu ilə danışıqlara başlayıb. Lakin danışıqların təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, Osimhen 2020-ci ilin sentyabrından "Napoli"nin futbolçusudur. O, ötən ilin yayından icarə əsasında "Qalatasaray"ın formasını geyinir. Nideriyalı forvardın İstanbul təmsilçisi ilə müqaviləsi bu ilin iyun ayının 30-na qədərdir.
Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində 36 oyun keçirib, 31 qol vurub və 8 qolun ötürməsini verib.