"Beşiktaş" Türkiyədə çıxış edən daha bir legioneri heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"un futbolçusu Oleksandr Zubkovla yaxından maraqlanır.

 

"Qara qartal" ukraynalı futbolçunun keçidini bu yay həll etməyi planlaşdırır. Zubkov "Şaxtyor", "Mariopol", "Ferentsvaroş" komandalarında çıxış edib.

 

28 yaşlı futbolçunun Qaradəniz təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

 

Xatırladaq ki, "Beşiktaş" Zubkovdan əvvəl "Başakşəhər"in polşalı hücumçusu Kşiştof Pionteklə maraqlanmağa başlamışdı.