İngiltərə Premyer Liqasının XXXIV turunda səfərdə "Brayton"la qarşılaşan "Vest Hem" 2:3 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, məğlubiyyətə baxmayaraq, "Vest Hem"in hücumçusu Jarrod Bouen iki məhsuldar ötürmə ilə yeni klub rekorduna imza atıb.

 

28 yaşlı ingiltərəli futbolçu indi "Vest Hem"in heyətində Premyer Liqa matçlarında 37 məhsuldar ötürmə ilə Mark Noblenin əvvəlki 35 məhsuldar ötürmə rekordunu üstələyib.

 

Hücumçu 2019-cu ildən "Vest Hem"in heyətində çıxış edir. Onun klubla sözləşməsi 2030-cu ilin yayına kimidir.