Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında finalçılar məlum olub. Sport24.az xəbər verir ki, "Barselona" və "Arsenal" həlledici görüşə vəsiqə əldə edib.
"Barselona" yarımfinalda "Çelsi"ni, "Arsenal" isə "Lion"u mübarizədən kənarlaşdırıb.
Final mayın 24-də Portuqaliyadakı "Joze Alvalade" stadionunda olacaq.