"Real"ın prezidenti Florentino Peres yaxın günlərdə baş məşqçi Karlo Ançelotti ilə görüşərək ikilinin münasibətlərinin bitməsini müzakirə edəcək. Sport24.az xəbər verir ki, italiyalı çalışdırıcının İspaniya çempionatı başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyi gözlənilir.

 

Müvəqqəti məşqçinin sonradan təyin olunma ehtimalı yüksəkdir.

 

Santyaqo Solari, Raul Qonzales və Alvaro Arbeloa bu posta əsas namizədlər sırasındadır.