"Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm. Çempionat başlayanda ümidlər böyük idi ki, rəqabət olacaq. "Neftçi" və "Sabah" kimi komandalar buna tab gətirə bilmədi".

 

Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.

 

Təcrübəli mütəxəssis bu mövsüm "Qarabağ"ın rahatlıqla çempion olduğunu bildirib:

 

"Qarabağ"ın avrokubok oyunlarına görə liqada müəyyən xal itkiləri oldu, amma sonda rahatlıqla çempion oldular. Dünənki oyunu izləyəndə "Qarabağ"ın əsas futbolçularını qoruduğunu gördük. Kubok oyununda "Sabah"ın yeganə üstünlüyü avrokuboklara şansının bu yoldan olmasıdır. Yenə də ustalıq cəhətdən, oyunçuların keyfiyyəti baxımından "Qarabağ" "Sabah"dan üstündür. Təbii ki, kubok oyunlarında sürpriz nəticələr qeydə alınır".

 

Qeyd edək ki, "Qarabağ" səfərdə "Sabah"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

 

Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda "Qarabağ"ın 77, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.