"Bavariya"nın futbolçusu Yozua Kimmix adının "Barselona" ilə hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Kataloniya klubuna mümkün transferi haqda suala belə cavab verib:

 

"Hazırda bu haqda düşünmürəm. Ancaq futbolda və həyatda hər şey mümkündür. Hansısa imkanları gözardı edə bilməzsiniz".

 

29 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatır. 2015-ci ildən Münhen klubunda çıxış edən Kimmix 400 oyunda 42 qol vurub, 107 məhsuldar ötürmə edib.