Almaniyanın bir neçə klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə ölkənin məşhur "Kicker" nəşri məlumat yayıb.
Mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşən 27 yaşlı hücumçunun Almaniyada qalmaq ehtimalı var.
Nəşrin iddasına görə, forvardın son oyunlardakı performansı II Bundesliqa ilə yanaşı, Bundesliqa klublarının da marağına səbəb olub.
Qeyd edək ki, Mahir Emreli ötən il "Nürnberq"ə keçmişdi. O, çempionatda 7, kubokda 1 qolla yadda qalıb.