MLS-də mübarizə aparan bir neçə klub "Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 34 yaşlı belçikalı futbolçunun İtaliya klubundakı gələcəyi sual altındadır.
Qeyd edək ki, De Bruyne 2025-ci ildən "Napoli"nin formasını geyinir. Onun İtaliya klubu ilə sözləşməsi 2027-ci ilin yayında başa çatır. Yarımmüdafiəçi son mövsümdə 21 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.