"Real"ın rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelottidən "Kral klubu"nun yayda almalı olduğu futbolçularla bağlı fikrini öyrənib. Sport24.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssis müdafiəçi və yarımmüdafiəçi mövqelərinin gücləndirilməsinin istəyib. Ançelotti İngiltərə Premyer Liqasında çıxış edən 4 futbolçunun adını çəkib: Uilyam Saliba (Arsenal), Manuel Akanji (Mançester Siti), Aleksis MakAllister (Liverpul) və Sandro Tonali (Nyukasl).
Yeni futbolçuların alınması ilə bağlı yekun qərarı "Real"ın prezidenti Florentino Peres, klubun baş direktoru Xose Anxel Sançes və Madrid təmsilçisininbaş skautu Juni Kalafat verəcəyi vurğulanır.