Joao Feliksin Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə anlaşmasının bəzi təfərrüatları məlum olub. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaqlar.

 

Daha əvvəl "Çelsi"nin portuqaliyalı yarımmüdafiəçisinin bonuslar da daxil olmaqla 50 milyon avroya Səudiyyə Ərəbistanı klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

 

Müqaviləyə əsasən ərəblər İngiltərə klubuna 30 milyon avro ilkin ödəniş edəcək. Bonus kimi nəzərdə tutulan 20 milyon avro isə hissə-hissə veriləcək.

 

Qeyd edək ki, Feliks ötən mövsüm icarə əsasında "Milan"da çıxış edib.