İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, bu iddia ilə yerli "Tuttosport" nəşri çıxış edib.

Bildirilir ki, "Torino" "Atalanta"nın heyətində çıxış edən yarımmüdafiəçi Aleksey Mirançukla güclənmək istəyir. Hazırkı klubu futbolçunun transfer qiymətini 12 milyon avro dəyərləndirib.