"Renn"in və İsveçrə millisinin hücumçusu Briel Embolo "Atlanta United"ə keçib. O, yeni klubu ilə 2029/30 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.

 

Mediada yayılan xəbərlərə görə, Şimali Amerika təmsilçisi transferə 17 milyon avro xərcləyib.

 

Qeyd edək ki, 29 yaşlı hücumçu ötən mövsüm "Renn"in heyətində bütün turnirlərdə 34 oyun keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə edib. O, İsveçrə millisində 92 oyun keçirib və 26 dəfə fərqlənib.