"Ayaks"ın müdafiəçisi Yosip Şutalo icarə əsasında "Latsio"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı xorvatiyalı futbolçunun müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Sözləşmədə satınalma bəndi də yer alıb.
Qeyd edək ki, Şutalo 2025/26 mövsümündə Amsterdam komandasında 31 oyunda forma geyinib. Müdafiəçi Xorvatiya millisində 37 matçda meydana çıxıb.