Macarıstan Yüksək Liqasında V turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Debretsen"i qəbul edib.

 

Qarşılaşmada qol vurulmayıb — 0:0.

 

A. Nuriyev matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 72-ci dəqiqədə Çaba Herki əvəzləyərək meydana daxil olub.

 

Qeyd edək ki, "Kişvarda" 5 turdan sonra topladığı 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.