"Turan Tovuz" Misli Premyer Liqasının 2-ci turunda "Şamaxı" ilə qolsuz heç-heçəyə razılaşıb. Sport24.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Birinci hissədə çox pis oynadıq. Bunun səbəblərini araşdıracağıq. İkinci hissədə də yaxşı oynadığımızı deyə bilmərəm. Amma ilk hissə ilə müqayisədə daha yaxşı idik".
Baş məşqçi matçda komandasının qeydə alınmayan qolu ilə bağlı suala isə belə cavab verib:
"Hamı gördü ki, qol idi. Sadəcə, hakim bunu görmədi".