Misli Premyer Liqasının 2-ci turunun "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv "Gəncəbasar"la üz-üzə gəlib. .

 

Qarşılaşma Premyer Liqa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

"Kəpəz"in heyətində Asumah Abubakar dubl edib. Digər qolları isə Kennet Kalunqa ilə Viktor Stina verib.