İsveç millisinin baş məşqçisi Yanne Andersson vəzifəsindən istefa verib. Sport24.az xəbər  verir ki, bu barədə 61 yaşlı mütəxəssis açıqlamasında bildirib.

Andersson AVRO-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə oyundan sonra postundan getdiyini açıqlayıb. O, final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını vurğulayıb. Andersson 2016-cı ildən həmin vəzifədə yer almışdı.

Xatırladaq ki, İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda 10 xalla 3-cü yeri tutub. Bu komandaların görüşlərində meydan sahiblərinin böyükhesablı qələbələri qeydə alınıb - Solnada 5:0, Bakıda 3:0.