"Everton"un ukraynalı müdafiəçisi Vitali Mikolenko La Liqa və İtaliya A Seriyası klublarının maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Tribal Football" jurnalının əməkdaşı Rudi Qaletti məlumat yayıb.

 

26 yaşlı futbolçunun "Everton"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Ancaq onun anlaşmasında sözləmənin daha bir illiyinə uzadılması ilə bağlı bənd var ki, İngiltərə klubu bundan yararlanaraq müdafiəçini heyətində saxlamaq istəyir. Mənbənin sözlərinə görə, yalnız yüksək transfer təklifi gələcəyi halda "Everton" ukraynalı ilə vidalaşa bilər. 

 

Qeyd edək ki, Mikolenko bu mövsüm Premyer Liqada altı oyunda meydana çıxıb. "Transfermarkt" portalı 26 yaşlı futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.