İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, bu raundda “el klasiko” olacaq.

Belə ki, Madrid “Real”ı "Barselona"ya rəqib olub. Digər yarımfinal cütündə isə "Atletik" (Bilbao) və "Osasuna" komandaları üz-üzə gələcək.

Oyunların dəqiq tarixi daha sonra müəyyənləşəcək.