Futbol üzrə Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. 78-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu elə həmin dəqiqə də əvəzlənib.

“Keçiörengücü” 22 turdan sonra 26 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.