Niderland millisinin və "İnter"in təcrübəli müdafiəçisi Stefan de Vray karyerasını Yunanıstanda davam etdirməyə yaxındır. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu "Panatinaikos"un təklifini qəbul edib.

Mənbənin sözlərinə görə, Afina təmsilçisi niderlandlı müdafiəçiyə iki illik müqavilə təklif edib. "İnter" isə ona yalnız bir illik yeni sözləşmə təqdim etmişdi. Bu səbəbdən de Vray Yunanıstan klubunun variantına üstünlük verib.

Beləliklə, müdafiəçi 2018-ci ildən formasını geyindiyi Milan təmsilçisi ilə 8 illik əməkdaşlığını başa vurmağa hazırlaşır. O, bu müddətdə "İnter"in heyətində bir sıra titullar qazanaraq komandanın əsas simalarından birinə çevrilib.