"Mançester Siti" "Nottingem Forest"in futbolçusu Elliot Andersonu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, "şəhərlilər" ingilis yarımmüdafiəçi üçün bir müddətdir, danışıq aparır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Anderson hazırda İngiltərə yığması ilə dünya çempionatındadır. O, mundialda iki oyunda bir məhsuldar ötürmə edib.