"Atletiko"nun futbolçusu Aleks Baena komanda yoldaşı Yulian Alvaresin "Barselona"ya keçmək ehtimalından danışıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi COPE-yə açıqlamasında bunları deyib:

 

"Komanda yoldaşlarımın heç birinin satılmasını istəməzdim. Klub rəhbəri olsam, oyunçumu əzəli rəqibimə göndərmərəm. Premyer Liqaya? Xeyr, əlimdən gəlsə, buraxmaram. Məndən olsa, Alvaresi zəncirləyərdim. Amma bir də onun tərəfindən düşünək. Arzularının arxasınca getmək istəyirsə, nə edə bilərik?"

 

Alvares daha əvvəl klubdan ayrılmaq istədiyini açıqlayıb. Futbolçu ilə "Barselona" və "Real" yaxından maraqlanır.