"Mançester Yunayted" "Bornmut"un vingeri Antuan Semenyoya maraq göstərir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted"in meneceri Ruben Amorim Semenyonun oyununu bəyənir. Lakin klub rəhbərliyi hazırda başqa mövqeləri gücləndirmək barədə düşünür. 

 

"Liverpul" və "Mançester Siti" də 25 yaşlı oyunçunun mümkün transfer şərtlərindən xəbərdardırlar. Hər iki klub qış "transfer pəncərəsin"də Semenyoya görə "Bornmut"a təklif göndərməyi planlaşdırır. 

 

Qeyd edək ki, Semenyo bu mövsüm 13 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onu 55 milyon avro dəyərində qiymətləndirir.