"Çelsi"nin bş məşqçisi Enzo Mareska noyabr ayı üçün Premyer Liqada ayın ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

 

"Çelsi" noyabr ayında Premyer Liqada dörd oyun keçirib və üç qələbə qazanıb. London klubu "Tottenhem"i (1-0), "Vulverhempton"u (3-0) və "Börnli"ni (2-0) məğlub edib, həmçinin "Arsenal"la 1-1 heç-heçə edib.

 

Ayın məşqçisi olmağa namizədlər arasında Mikel Arteta (Arsenal), Unai Emeri (Aston Villa), Xosep Qvardiola (Mançester Siti), Fabian Hürzeler (Brayton) və Marko Silva (Fulhem) yer almışdı. 

 

Qeyd edək ki, 15 turdan sonra aktivində 25 xal olan "Çelsi" turnir cədvəlində  beşinci yerdədir.