Xabi Alonso "Real"ın baş məşqçisi postundan uzaqlaşdırılmağın bir addımlığındadır. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlu mat yayıb.
Mənbənin sözlərinə görə, ispan məşqçi La Liqanın 16-cı turunda komandası "Alaves"i məğlub etsə belə, vəzifəsindən azad edilə bilər. Alonsonun istefası qaçılmazdır. Bu, yalnız zaman məsələsidir.
Qeyd edək ki, dekabrın 10-da "Real" Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti"yə 2-1 hesabı ilə uduzub. La Liqada baş tutan 16 turdan sonra isə Madrid klubu turnir cədvəlində lider "Barselona"dan dörd xal geridə qalaraq ikinci yerdədir.