"Milan"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç uşaqlıqdan İtaliya klubunun azarkeşi olduğunu etiraf edib. O, bu barədə "La Gazzetta dello Sport"a açıqlama verib:

 

"Xoşbəxtəm, çünki ən böyük İtaliya klubunda oynayıram. Milanda olduğum və "rossoneri" formasını geyindiyim hər gündən zövq alıram. "Real"da olduğum müddətdə "Milan"a gələ biləcəyimi heç vaxt düşünməmişdim, amma həyatda bəzən gözləmədiyin şeylər olur.

Bu, gerçəkləşən bir xəyal idi, çünki mən gənc yaşlarımdan bəri "Milan" azarkeşi olmuşam".

 

Qeyd edək ki, Modriç 2025-ci ilin yayından "qırmızı-qaralar"a qoşulub. Xorvatiyalı yarımmüdafiəçi əvvəllər "Real"ın formasını geyinib.