Ötən ay "Neftçi"dən istefaya göndərilən Samir Abasov yaxın vaxtlarda ölkə xaricində çalışa bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 47 yaşlı mütəxəssis məşqçi karyerasını Avropa ölkələrinin birində davam etdirməyə yaxındır.
Mənbənin sözlərinə görə, Abasov hazırda agenti vasitəsi ilə bu yöndə danışıqlar aparır. Müzakirələr müsbət sonluqla bitəcəyi halda "ağ-qaralar"ın sabiq çalışdırıcısının yanvarda "köhnə qitə"də tanınan klublarından birinin "sükanı arxasına" keçəcəyi gözlənilir.
Qeyd edək ki, Samir Abasov ötən ayın sonunda "Neftçi"dən ayrılıb. O, məşqçi karyerası ərzində "ağ-qaralar"ı ölkə çempionu etməklə yanaşı, "Sumqayıt"la Konfrans Liqasına vəsiqə qazanıb. Millinin sabiq üzvü "Zirə"ni də çalışdırmaqla yadda qalıb.