"Bavariya" Leon Qoretzka ilə müqavilə müddətini artırmağı planlaşdırmır. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq Leonla yollarını ayıracaq.

 

Buna səbəb isə "Bavariya"nın onun mövqeyi üçün yeni transferi reallaşdırmaq istəməsidir.

 

30 yaşlı futbolçunun yeni mövsümə Almaniyada qalıb-qalmayacağı hələ ki dəqiq deyil. Xatırladaq ki, Qoretzka 2018-ci ildə "Şalke"dən "Bavariya"ya keçib.