"Zaqatala" bizimlə oyuna ən azı 1 xal qazanmaq üçün gəldiyini bilirdik. Komanda olaraq bir neçə matçdır ki, əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik". Bu fikirləri Sport24.az saytına açıqlamasında "Şəfa"nın futbolçusu Tərlan Quliyev səsləndirib.

Təcrübəli müdafiəçi ötən gün kapitanı olduğu komandanın Birinci Liqanın 10-cu turunda "Zaqatala" ilə xal itirdiyi oyunu şərh edib:

"5 epizodun 1-dən istida edə bilirik ki, bu da çox azdı. Faciə baş verməyib, çempionat uzun marafondur, qarşıda bizi çox oyun gözləyir. Rəqiblər arasında fərq qoymuruq. Hamısına qarşı eyni cür hazırlaşırıq. Növbəti turda "Cəbrayıl"la qarşılaşacağıq. Bu komanda "Səbail"i məğlub edə bilmişdi. Çempionatda asan rəqib yoxdur. Kimsə fikirləşər ki, meydana çıxıb hər komandaya 2-3 qol vuracağıq, yanlışdır. Kubok oyununda belə görsəndi ki, Birinci Liqanın səviyyəsi Premyer Liqadan çox da fərqlənmir. Zəif rəqib yoxdur. Matçlara kim ciddi hazırlaşmırsa, xal itkisinə məruz qalır".

Qeyd edək ki, İlk dövrəni məğlubiyyətsiz və 23 xalla zirvədə başa vuran "Şəfa" ikinci dövrənin açılış oyununda "Zaqatala" ilə qarşılaşıb. Elgiz Kərəmlinin baş məşqçisi olduğu paytaxt təmsilçisi evdə xal itirib. 1:1.