"Milan"ın vingeri Samuel Çukvueze karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı nigeriyalı ilə "Fulhem" maraqlanır. Tərəflər transferlə bağlı danışıqlara başlayıb.
Qeyd edək ki, Çukvueze 2024/25 mövsümündə 36 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.