Millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasında II mərhələ çərçivəsinin cavab matçı çərçivəsində Finlandiya təmsilçisi HİK-lə qarşılaşıb. Sport24.az xəbər verir ki, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün matç penaltilər seriyasına qədər uzanıb. Belədə "Arda" 4:3 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

 

Qeyd edək ki, Hüseynovun matçın start heyətində yer alıb və görüşün sonuna qədər meydanda olub. O, penalti seriyasında iştirak etməyib.