"Barselona"nın prezidenti Joan Laporta futbolçusu Lamin Yamal və sabiq oyuçusu Lionel Messi haqqında danışıb. Sport24.az xəbər verir ki, o, Yamalın Messinin uğurlarını təkrarlaya biləcəyini deyib: 

 

"Messi dünyanın ən yaxşı oyunçusudur. Məncə, Lamin də bu gün dünyanın ən yaxşısı olmağa qadirdir. Baxacağıq, görəcəyik.

 

Lamin dahi olduğu və ən yüksək səviyyədə oynadığı üçün heç kəsə bənzəmir. Messi də öz vaxtında parlaq, peşəkar oyunçu olub. Təbii ki, Messi mümkün olan hər şeyi qazanıb. Mənim üçün o, yəqin ki, tarixin ən yaxşı oyunçusudur".

 

Qeyd edək ki, 38 yaşlı Messi 2004-2021-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. 18 yaşlı Lamin isə 2023-cü ildə əsas komandada debüt edib.