"Liverpul" "Kristal Pelas"ın müdafiəçisi Mark Qehinin transferində israrlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Daily Mirror" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Liverpul" müdafiəçisi Jarrell Kuansını "Bayer"ə satdıqdan sonra müdafiə xəttini gücləndirməlidir. Əsas namizəd isə məhz 24 yaşlı ingilis Qehidir. Eyni zamanda "qırmızılar"ın digər mərkəz müdafiəçisinə də ehtiyacı ola bilər. İbrahima Konate də klubu tərk etməyə yaxındır.

 

Qeyd edək ki, Mark Qehi 2024/25 mövsümündə "Kristal Pelas"ın heyətində 44 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.