"Kristal Pelas" 2025/26 UEFA Konfrans Liqasının qalibi oldu. Sport24.az xəbər verir ki, bununla da ingilis klubu növbəti mövsüm üçün Avropa Liqasında yerini təmin etdi. 

 

Ümumilikdə isə 2026/27 mövsümündə qitəmiqayaslı turnirlərdə İngiltərənin doqquz komandası mübarizə aparacaq:

 

Çempionlar Liqası: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa" (Avropa Liqasının qalibi kimi) və "Liverpul".

 

Avropa Liqası: "Bornmut", "Sanderlend", "Kristal Pelas" (Konfrans Liqasının qalibi kimi).

 

Konfrans Liqası: "Brayton".

 

Qeyd edək ki, İngiltərə  ardıcıl ikinci mövsüm avrokuboklarda doqquz klubla təmsil olunacaq.