2024-cü ildə milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçular müəyyənləşib.

Sport24.az xəbər verir ki, İFFHS-in siyahısına ilin ilk üç ayında ən azı 9 qol vuranlar daxil edilib.

İtaliyalı hücumçu İmre Badalassi dünyanın ən yaxşı bombardiridir. "Tre Penne"nin futbolçusu San Marino çempionatında 15 qola imza atıb.

Uruqvaylı Martin kauteruççio 13 qolla ikincidir. O, Perunun "Sportinq Kristal" klubunda fərqlənib.

İlk "üçlüy"ü Viktor Qyokeres qapayır. Avropanın ən yaxşısı olan isveçli "Sportinq"in Portuqaliya çempionatındakı 11 qolunun müəllifidir.

Qeyd edək ki, siyahıda 32 futbolçu yer alıb.