"Mançester Siti" və "Çelsi" "Bavariya"nın vingeri Maykl Olise ilə maraqlanır və yay "transfer pəncərəsi"ndə onun keçidini həll etməyə  hazırdırlar. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, iki Premyer Liqa nəhəngi oyunçunu transfer etmək üçün böyük məbləğ xərcləməyə hazırdır. Olise "Bavariya"nın əsas oyunçusu hesab olunur. Lakin 150 milyon avroluq təklif Münhen klubunu mövqeyini dəyişməyə məcbur edə bilər. Olisehin maaşı həftədə təxminən 220 min avrodur. Lakin ingilis klubları fransız futbolçunun məvacibini 350 min avroya qədər artırmağa hazırdırlar.

 

Qeyd edək ki, vingerin Münhen klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.