Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geyindiyi "Serik Belediyyespor" Türkiyə 1-ci liqasında növbəti görüşünü keçirib. Sport24.az xəbər verir ki, onun komandası "Iğdır"la üz-üzə gəlib.

 

Qarşılaşma "Iğdır"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk dəqiqələrdən meydana çıxan Sərtan fasilədə əvəzlənib.

 

Qeyd edək ki, "Serik Belediyyespor" 24 turdan sonra 26 xalla 17-ci pillədədir.