"Araz-Naxçıvan" klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki. Naxçıvan təmsilçisinin aparıcı futbolçusu Patrik Andrade cəzalı duruma düşüb.

Buna səbəb təcrübəli yarımmüdafiəçinin Misli Premyer Liqasının 19-cu turunda "Sabah"la oyunda sarı vərəqə almasıdır.

Qarşılaşmanın 80-ci dəqiqəsində sarı vərəqə görən oyunçu cari mövsümdə 8-ci dəfə bu halla üzləşib.

Andrade fevralın 15-də, XX turda "Sumqayıt"la görüşdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Sabah"a 1:4 hesabı ilə uduzub.