İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn karyerası ilə bağlı yekun qərarını verib. Sport24.az xəbər verir ki, 32 yaşlı forvardın Almaniya nəhəngi ilə yeni müqavilə imzalayacağı gözlənilir.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb
Son günlər adı "Barselona" ilə yanaşı çəkilən ulduz futbolçu Münhendə xoşbəxt olduğunu bildirib. Kataloniya təmsilçisi futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq onun durumunu öyrənsə də, Keyn hazırda komandadan ayrılmaq niyyətində olmadığını qarşı tərəfə çatdırıb.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında 100 milyon avrodan çox məbləğ qarşılığında "Tottenhem"dən "Bavariya"ya transfer olunub. O, geridə qalan 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.