İtaliya millisinin keçmiş baş məşqçisi Gennaro Qattuzo "Latsio"nun baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər müqavilənin detalları ilə bağlı müzakirələri yekunlaşdırıb. İtaliyalı məşqçinin ildə 1,5 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Qattusonun bu gün rəsmi olaraq müqavilə imzalayacağı gözlənilir. Müqavilə 2028-ci ilə qədər qüvvədədir və daha bir mövsüm uzadılması da mümkündür.