"Latsio" Gennaro Qattuzo ilə anlaşmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
"Qartallar" Mauritsio Sarrinin gedişinə hazırlaşır. Daha əvvəl məşqçinin "Atalanta" ilə 2029-cu ilə qədər müqavilə bağladığı bildirilirdi.
Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən aprelin əvvəlində, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offundakı uğursuzluğundan sonra rəsmi olaraq istefa verib. Məşqçinin "Torino"ya keçmək təklifini rədd etdiyi bildirilirdi.
Qeyd edək ki, başa çatan mövsümdə A Seriyasında 9-cu yeri tutub. Roma təmsilçisi İtaliya Kubokunda finala yüksəlsə də "İnter"ə məğlub olub.