Ötən gecə Çilidə gənclər arasında dünya çempionatının yarımfinal oyunları keçirilib. Sport24.az xəbər verir ki, Mərakeş Fransanı penaltilərdə (1-1, penaltilərdə 4-3), Argentina isə Kolumbiyanı (1-0) məğlub edib.

 

Beləliklə, mundialın həlledici görüşündə Argentina Mərakeşlə qarşılaşacaq. Matç bazar ertəsi, oktyabrın 20-də keçiriləcək. Üçüncü yer uğrunda görüşdə isə oktyabrın 19-da Fransa Kolumbiya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Argentina yeddi dəfə gənclər arasında dünya çempionatının finalına yüksəlib, onlardan altısında (1979, 1995, 1997, 2001, 2005 və 2007) qalib gəlib. Mərakeş isə ilk dəfədir ki, finala yüksəlir.