ABŞ prezidenti Donald Tramp Boston meri Mişel Vuya ilə 2026-cı il dünya çempionatı öncəsi iğtişaşlarla bağlı narazılığını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
"Sizin meriniz heç bir işə yaramır. Məncə, o, Bostona ziyan vurur. Əgər kimsə pis iş görürsə və şəraitin təhlükəli olduğunu hiss etsəm, FİFA rəhbəri Canniyə (İnfantinoya) zəng edib, "gəlin bunu başqa yerə köçürək" deyəcəm. Və o, bunu edəcək. İndi bunu etmək üçün mükəmməl vaxtdır".
Qeyd edək ki, bu ayın əvvəlində Bostonda Fələstin tərəfdarları aksiya keçiriblər və bu hadisələrdə 4 polis əməkdaşı yaralanıb.
Boston 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək şəhərlərdən biridir və mundialın yeddi oyunu Foksborodakı "Gillette Stadium"da keçiriləcək.