"Barselona" mövsümün sonunda azad agentə çevriləcək polşalı hücumçu Robert Levandovski ilə müqaviləni yeniləməmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" portalı bu barədə məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Türkiyənin "Fənərbaxça" klubu 37 yaşlı polşalı forvard üçün sərfəli şərtlər təklif etməyə hazırdır. Levandovski ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır, lakin futbolçu hazırda karyerasını həmin ölkədə davam etdirməyə hazır deyil.

 

Qeyd edək ki, forvard 2025/26 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 9 matçda iştirak edib, 4 qol vurub.